AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Cəmiyyət
05 İyun 2020, 14:07 156
Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirləri və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib: "Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışanlar eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.