• çərşənbə axşamı, 19 mart, 12:20
  • Baku Bakı 8°C

Parlament komitələri ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək

23.05.17 11:20 730
Parlament komitələri ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək
"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsiMilli Məclisə təqdim olunub.
APA-nın məlumatına görə, sənəd mayın 25-də parlament komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.
Layihə komitə üzvləri tərəfindən tövsiyələr verildikdən sonra sənəd mayın 31-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, ötən gün Hesablama Palatasının kollegiya iclasında qurum dövlət büdcəsinin icrasına dair illik hesabata geniş rəy verib.
banner

Oxşar Xəbərlər