• çərşənbə, 17 Aprel, 02:27
  • Baku Bakı 14°C

"Parafraz" saytının təqdimat mərasimi keçiriləcək

18.09.17 21:30 961
"Parafraz" saytının təqdimat mərasimi keçiriləcək
Sentyabrın 24-də "BookZone" Kitab evində "Parafraz" xəbər portalının təqdimat mərasimi keçiriləcək.
Tədbirdə yerli media təmsilçiləri, şair və yazıçılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Təqdimat mərasimilə bağlı məlumat verən saytın baş redaktoru Cavid Qədir qeyd edib ki, xəbər portalı oxucuları, əsasən, ölkədə və dünyada baş verən mədəniyyət, incəsənət, ədəbiyyat hadisələri ilə bağlı məlumatlandıracaq.
Eyni zamanda, saytda bu istiqamətdə müəllif yazılarının, müsahibə və materialların işıqlandırlması nəzərdə tutulub.
Bundan başqa, "Parafraz" oxuculara gündəlik ictimai-siyasi həyatda baş verən yeniliklərlə bağlı dolğun informasiya çatdıracaq.
Qeyd edək ki, təqdimat mərasiminin keçiriləcəyi "BookZone" Kitab evi Bakı Dövlət Universitetinin qarşısındayerləşir.
Ünvan: Bəxtiyar Vahabzadə küçəsi, 5.
Əlaqə nömrəsi: 070-920-18-55.
banner

Oxşar Xəbərlər