• çərşənbə axşamı, 19 mart, 09:54
  • Baku Bakı 8°C

Parafraz saytı təqdim edildi

26.09.17 14:00 1094
Parafraz saytı təqdim edildi
Sentyabrın 24-də "BookZone” Kitab evində yeni fəaliyyətə başlamış "parafr.az” saytının təqdimetmə mərasimi olub.
Təqdimatı giriş sözü ilə açan saytın təssisçisi və baş redaktoru, yazıçı Cavid Qədir Parafraz-ın məqsədi, planları haqqında iştirakçılara geniş məlumat verib.
Sentyabrın 15-dən fəaliyyətə başlayan saytın adının izləyicilər tərəfindən xüsusən maraq doğurduğunu bildirən baş redaktor bu məsələyə aydınlıq gətirərək deyib ki, "parafraz” sadələşdirilmiş nitq deməkdir. Saytın əsas qayəsi də elə budur: "Ən doğrusu ən sadə şəkildə" devizi ilə oxucuların görüşünə gələn saytın əsas məqsədi söz azadlığını əsas tutaraq gənc yazarlara, jurnalistlərə imkan yaratmaq, oxucuları dəqiq, qərəzsiz informasiyalarla tanış etməkdir".
Cavid Qədir onu da vurğulayıb ki, saytda mədəniyyət və ədəbiyyat yönümlü yazılara daha çox üstünlük verilsə də, ictimai-siyasi xəbərlər də işıqlandırılacaq.
Daha sonra baş redaktor iştirakçıların saytla bağlı suallarını cavablayıb, təklif və iradlarını dinləyib.
Tədbirdə çıxış edən şair-tərcüməçi Səbuhi Şahmursoy diqqəti dünya saytlarının fəaliyyət pirinsipinə çəkib.
O, əlavə edib ki, Parafraz-ın heç də çoxillik tarixi olmayan Azərbaycan elektron mediasında özünəməxsus yer tutacağına inanır.
banner

Oxşar Xəbərlər