• çərşənbə axşamı, 16 aprel, 12:04
  • Baku Bakı 19°C

Papa “erməni soyqırımı“nın 100 illiyinə gəlməkdən imtina etdi

14.04.15 15:25 902
Papa “erməni soyqırımı“nın 100 illiyinə gəlməkdən imtina etdi
Roma papası I Fransisk uydurma “erməni soyqırımı”nın 100 illik yubileyinə qatılmaq üçün Ermənistana səfər etməyəcək.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Eçmiədzinin konfessiyalararası münasibətlər şöbəsinin müdiri, yepiskop Ovakim Manukyan deyib.
O.Manukyanın sözlərinə görə, Roma papası Ermənistana 2016-cı ildə səfər edəcək. “Şübhə yoxdur ki, Roma papası Ermənistana gələcək, amma bu ilin aprelində yox, 2016-cı ildə. Bizim Roma papasını 24 aprel tədbirlərinə dəvət etməyimiz barədəki məlumatlar doğru deyil”, - deyə O.Manukyan vəziyyətə aydınlıq gətirməyə çalışıb.
banner

Oxşar Xəbərlər