• cümə, 26 Aprel, 03:39
  • Baku Bakı 16°C

Pandemiya 195 milyon insanı işsiz qoya bilər

28.04.20 11:15 509
Pandemiya 195 milyon insanı işsiz qoya bilər
Cari ilin ikinci rübündə koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər nəticəsində təxminən 195 milyon iş yeri ixtisara salına bilər.
"Report” xəbər verir ki, bu barədə BMT-nin pandemiyadan sonra ölkələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlı hazırladığı "yol xəritəsi”ndə qeyd olunub.
"COVID-19-un səbəb olduğu böhran, qlobal iqtisadiyyatın vəziyyətini pisləşdirir və işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır. Böhran ən çox kiçik və orta müəssisələrə, təsərrüfat işçilərinə, gündəlik qazanc əldə edən insanlara, qaçqın və əmək miqrantlarına təsir edəcək .
İqtisadiyyatın dirçəlməsi iş yerlərinin və işçilərin qorunması, məşğulluğun təmin edilməsi, böhran dövründə istehsal aktivlərinin və istehsal bölmələrinin qorunması ilə əlaqələndirilməlidir”.
banner

Oxşar Xəbərlər