• cümə axşamı, 18 aprel, 04:07
  • Baku Bakı 15°C

“Panatinaikos”a ağır cəza verildi

30.05.17 14:35 960
“Panatinaikos”a ağır cəza verildi
Yunanıstanın "Panatinaikos” klubu ağır cəzaya məruz qalıb.
Kaspi.az xəbər verir ki, komandanın 5 xalı silinib. Bundan əlavə, klub 41,5 min avro cərimə də ödəməli olacaq.
"Panatinaikos” azarkeşlərinin davranışına görə cəzalanıb. PAOK-la keçirilən oyun zamanı azarkeşlər rəqib komandanın baş məşqçisi Vladimir İviçin başına pivə butulkası atmışdılar.
Nəticədə məşqçi xəstəxanaya yerləşdirilmiş, oyun isə yarımçıq dayandırılmışdı. "Panatinaikos”un 3 xalı Çempionlar Liqasına vəsiqə uğrunda keçirilən pley-off oyunlarında, daha 2 xal isə növbəti mövsümün startında silinəcək.
Komanda 2 oyunu azarkeşlərsiz keçiriləcək. Klub rəhbərliyi bu qərardan şikayət etmək niyyətindədir.
banner

Oxşar Xəbərlər