• şənbə, 20 Aprel, 08:50
  • Baku Bakı 14°C

Palata: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var

03.07.17 16:20 1146
Palata: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var
"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunda dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.
Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu qeyd edilib. Belə ki, Palata 2017-ci ilin 5 ayı üzrə bu mənbə üzrə daxilolmaların cari ilin 200 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50 mln. manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may aylarında illik proqnozun cəmi 25%-nə bərabərdir.
Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100 mln. manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68 mln. 768,4 min manat və ya 3,2 dəfə az olmaqla 31 mln. 231,6 min manat məbləğində vəsaitin daxil olduğu göstərilib.
banner

Oxşar Xəbərlər