• çərşənbə axşamı, 19 mart, 08:58
  • Baku Bakı 8°C

Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində olub

24.11.17 17:05 3175
Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində olub
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
MN-dənAPA-ya verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.
banner

Oxşar Xəbərlər