• cümə, 26 Aprel, 02:55
  • Baku Bakı 16°C

PA şöbə müdiri: “Azərbaycan sabitliyin, təhlükəsizliyin təminatçısı kimi əlindən gələni edir”

11.02.17 16:00 956
PA şöbə müdiri: “Azərbaycan sabitliyin, təhlükəsizliyin təminatçısı kimi əlindən gələni edir”
"Azərbaycanın bütün beynəlxalq tədbirlərdə, konfranslarda ortaya qoyduğu əsas məsələ ondan ibarətdir ki, bütün proseslərə ədalətli yanaşma nümayiş etdirilməlidir. Bu, bugünkü beynəlxalq proseslərdə çatışmayan məsələdir. Bununla bağlı indiyə kimi gedən proseslərdə lazımi təminat olmadığı üçün dünyada bir gərginlik var, çox ölkədə narahatlıqlar, münaqişələr mövcuddur. Bu isə dünyada hamı üçün problem yaradır. Bütün bunların həll olunması, proseslərin düzgün qaydada getməsi üçün Azərbaycan müstəqilliyinin ilk illərindən bütün məsələlərdə öz töhfəsini verib”.
APA-nın məlumatına görə, bunuPrezident Administrasiyasırəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovdeyib.
N. Məmmədov bildirib ki, Azərbaycan kiçik dövlət olsa da, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın təminatçısı kimi əlindən gələni edir: "Bu çox gözəl bir nümunədir. Bir müsəlman dövləti kimi bu illər ərzində təhlükəsizlik, sabitlik və davamlı inkişafımızı təmin etmişik. Ölkə prezidenti bundan sonra da bunu qətiyyətlə davam etdirməyi ölkə qarşısında vəzifə kimi qarşıya qoyub. Maliyyə böhranı, neftin qiyməti kimi müəyyən çətinliklər ola bilər. Bunlar dünyada gedən proseslərdir və qaçılmazdır. Biz beynəlxalq birliyin bir üzvüyük, lakin mühüm üzvlərdən biriyik. Azərbaycan mühüm geosiyasi mövqedə yerləşdiyi üçün proseslər bizə təsir edir. Azərbaycan prezidentinin apardığı müdrik daxili və xarici siyasət kursu bu problemləri dəf edib Azərbaycanın uğurlu yolunu təmin edir".
banner

Oxşar Xəbərlər