• cümə axşamı, 28 mart, 23:43
  • Baku Bakı 13°C

Oyunun axarını o dəyişdi

13.04.17 15:55 1002
Oyunun axarını o dəyişdi
"Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Real”la keçirilən oyundan (1:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Ançelotti oyunun taleyini Kriştiano Ronaldonun dəyişdiyini bildirib. O, bir həftə sonra Madriddə çətin olacağını, ancaq hələ də şanslarının qaldığını vurğulayıb:
"Hər şeyi detallar həll etdi. Penaltini yerinə yetirə bilmədik və hesabı 2:0 etmək şansını əldən buraxdıq. İkinci hissə başlayan kimi isə qapımızda qol gördük. Oyunun axarını Ronaldo dəyişdi.
Hesab edirəm ki, qırmızı vərəqəyə qədər onu saxlamağı yaxşı bacardıq. Bir həftədən sonra bizə Madriddə çox çətin olacaq. Ancaq hesab edirəm ki, hələ də şansımız var. Əlimizdən gələn hər şeyi edəcəyik.
Hummels və Levandovskinin də cavab matçına qədər bərpa olunacağına ümid edirəm. Martinesi isə günahlandırmıram. O, bizim üçün vacib oyunçudur”.
banner

Oxşar Xəbərlər