• cümə, 19 Aprel, 05:25
  • Baku Bakı 18°C

Oyundan əvvəl kilsədə dua etdi

07.10.19 12:36 674
Oyundan əvvəl kilsədə dua etdi
"Yuventus”un futbolçusu Kriştiano Ronlado oktyabrın 6-da "İnter”lə keçirilən oyundan əvvəl dua edib.
Kaspi.az xəbər verir ki, Ronaldo Turindəki kilsəyə baş çəkib. Portuqal futbolçu kilsəyə sevgilisi Corcino Rodrigeslə birgə gedib.
Onlar paparatsilərdən gizlənməyə cəhd göstərsələr də, bütün hallarda kameraya tuş gəliblər. Ronaldonun kilsədə dua etdiyi bildirilir. Onun nəyə görə dua etdiyi haqda isə məlumat verilmir.
"Yuventus” 7-ci turda "İnter”ə 2:1 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.
banner

Oxşar Xəbərlər