• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

“Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı keçirilib

13.11.17 16:03 750
“Oğuzlar” və “Oğuznamə”  kitablarının təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsində görkəmli türkoloq, professor Faruq Sümərin "Oğuzlar” və Fəzlullah Rəşiddədinin "Oğuznamə” kitablarının təqdimatı keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən baş tutub.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək kitabların və mütaliənin insan həyatındakı rolundan bəhs edib. Alim sözügedən nəşrlərin türk xalqlarının təşəkkülündə və inkişafında böyük rol oynadığını, onların tarix, mədəniyyət, həyat tərzi və adət-ənənələrimiz barədə oxucuya müfəssəl məlumat verdiyini bildirib. Akademik hər iki əsərin gənclər üçün əvəzsiz mənbə olduğunu vurğulayıb.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Oğuzların tarixinə həsr olunmuş sanballı əsərlər” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək hər iki əsərin elmi dəyərindən söz açıblar.
Qeyd olunub ki, professor Faruq Sümərin "Oğuzlar” kitabı XVI əsrdə Anadoluda Oğuz boylarına aid yer adları və Türkmən oymaqları ilə birgə siyahılar adlı əlavələrdən ibarətdir. "Oğuzlar haqqında ən qədim məlumatlar”, "Oğuzlar IX-XI əsrlərdə”, "Səlcuqlu dövlətinin qurulması” "Səlcuqlar dövründə oğuzlar (türkmənlər)” adlı yarım başlıqlardan ibarət olan ilk hissədə müəllif "Oğuz” adının etimologiyası, onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski dini inancları, İslamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Kitabın "Boy təşkilatı və boylar” adlanan II hissəsində 24 oğuz boyunun ucsuz-bucaqsız bir ərazidə yayılması, köçəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və digər məsələlər sistemli tədqiq edilib.
Kitabın dastanlardan bəhs edən son hissəsində isə oğuzların iqtisadi-siyasi fəaliyyəti, ailə həyatı maraqlı faktlar əsasında göstərilib, oğuzlarda ordu, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar altında araşdırılıb.
Fəzlullah Rəşiddədinin "Oğuznamə” kitabı haqqında da ətraflı məlumat verilərək bildirilib ki, əsər türk xalqlarının tarixinin öyrənilməsində etibarlı və əsas mənbələrdən biridir.
banner

Oxşar Xəbərlər