• şənbə, 20 Aprel, 00:08
  • Baku Bakı 15°C

“Ortada sənəd var, üzərində iş gedir”

30.06.16 15:40 1822
“Ortada sənəd var, üzərində iş gedir”
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovalmaniyalı həmkarı,ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

"Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindəntəklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu ilə irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb.

Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: "Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. RusiyaATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.

ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. "Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.
banner

Oxşar Xəbərlər