• cümə, 19 Aprel, 15:55
  • Baku Bakı 25°C

Orqan transplantasiyasının reklamına qadağa qoyulur

26.06.13 12:41 1467
Orqan transplantasiyasının reklamına qadağa qoyulur
Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.
Milli Məclisdən APA–ya verilən məlumata görə, bu, yenidən hazırlanmış “Reklam haqqında” qanun layihəsində əksini tapıb.
Yeni layihəsinin 29.7-ci maddəsində deyilir ki, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika, insan orqanlarının transplantasiyası barədə reklamlar yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.
Qanunun 29.8-ci maddəsində isə göstərilir ki, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı bütün hallarda qadağan olunur.
Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər