• cümə, 29 Mart, 12:37
  • Baku Bakı 14°C

Oqtay Həziyev: “Kim torpağını sevirsə və ölkə üçün əziyyət çəkirsə, dövlət onu qiymətləndirir”

15.06.17 14:40 974
Oqtay Həziyev: “Kim torpağını sevirsə və ölkə üçün əziyyət çəkirsə, dövlət onu qiymətləndirir”
"Kim torpağını, millətini sevirsə, ölkə üçün zəhmət çəkirsə bu dövlət onu qiymətləndirir”.

Bu sözləriAPA-ya açıqlamasında Azərbaycan prezidentinin sərəncamı ilə yeni təsis edilən I dərəcəli "Əmək ordeni” ilə təltif olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev deyib. O. Həziyev Cocuq Mərcanlı işğaldan azad olduğu tarixdən bəri ailəsi ilə bu kənddə yaşadığını söyləyib: "İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq. Amma bu gün bunun həm maddi, həm də mənəvi əvəzini aldım. Cənab prezident həmişə vurğulayıb ki, hər bir azərbaycanlının prezidentidir. Mən bunu öz həyatımda yaşadım və gördüm. Mənə verilən evin orderini şəxsən təqdim etdi. Bu ev artıq mənim mülküm hesab olunur”.

O. Həziyevin sözlərinə görə, istifadəyə tam hazır olan orta məktəb binası kəndin ilk şəhidi Novruz Aslanovun adını daşıyır.

Qeyd edək ki, iyunun 14-də yenidən qurulan Cocuq Mərcanlıya səfər edən dövlət başçısı Həziyevlər ailəsi ilə görüşüb. Prezident bütün zəruri mebel və avadanlıqlarla təchiz olunmuş dördotaqlı mənzilin orderini, eləcə də "Əmək ordeni”nu şəxsən O. Həziyevə təqdim edib. Bundan başqa, O. Həziyev Cocuq Mərcanlı qəsəbəsinin ərazi nümayəndəsi təyin olunub.
banner

Oxşar Xəbərlər