• cümə axşamı, 18 aprel, 21:16
  • Baku Bakı 21°C

Oqtay Əsədov: “Ukraynanın hakim partiyasının deputatlarının Azərbaycanla bağlı qətnaməyə bitərəf qalması doğru deyildi”

20.10.17 13:40 2882
Oqtay Əsədov: “Ukraynanın hakim partiyasının deputatlarının Azərbaycanla bağlı qətnaməyə bitərəf qalması doğru deyildi”
"Avropa ŞurasıParlament Assambleyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməyərək bitərəf qalması doğru addım olmadı. Bu, mənə çox təəccüblü gəldi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında SpikerOqtay ƏsədovAŞPA-nın payız sessiyasında Azərbaycan əleyhinə hazırlanan sənəd barədə müzakirələrdə bildirib. Spiker bunun iki ölkə arasında münasibətlərdə anlaşılan addım olmadığını bildirib. O qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var: "Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin (İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 46-cı maddəsi-red.) tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.
banner

Oxşar Xəbərlər