• cümə axşamı, 18 aprel, 15:32
  • Baku Bakı 22°C

Oqtay Əsədov: "Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib"

17.11.17 12:50 1713
Oqtay Əsədov: "Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib"
"Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib".
APA-nın məlumatına görə, bunuMilli Məclisin sədriOqtay ƏsədovdeputatFazil Mustafanın çıxışına cavab olaraq deyib.
F. Mustafa Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq bildirib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır. O deyib ki, Nuri paşanın abidəsinin qoyulması ilə əlaqədar həmkarı Qüdrət Həsənquliyevlə birlikdəNazirlər Kabinetinə müraciət etsə də, cavab yoxdur.
SədrOqtay Əsədovisə cavab olaraq bəyan edib ki,Milli Məclisprezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb: "Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”.
banner

Oxşar Xəbərlər