• cümə axşamı, 25 aprel, 21:12
  • Baku Bakı 21°C

Oqtay Əsədov: "2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür"

21.11.17 12:35 1284
Oqtay Əsədov: "2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür"
"Prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal iqtisadiyyatda baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almağa imkan verib".
"APA-Economics" xəbər verir ki, bunuMilli Məclisin bugünkü plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı spikerOqtay Əsədovdeyib.
"Yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması vəBakı-Tbilisi-Qarslayihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi nəzərdə tutulan layihələrin reallaşmasına imkan verəcək", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər