• cümə axşamı, 28 mart, 21:55
  • Baku Bakı 13°C

Oqtay Əsədov: “2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır”

06.12.16 12:30 1268
Oqtay Əsədov: “2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır”
"Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında sədrOqtay Əsədovdeyib. O bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub: "Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.
banner

Oxşar Xəbərlər