• cümə, 29 Mart, 00:34
  • Baku Bakı 7°C

Opera və Balet Teatrının bədii rəhbəri işdən çıxanlarla bağlı ittihamlara cavab verib

13.01.17 19:50 1242
Opera və Balet Teatrının bədii rəhbəri işdən çıxanlarla bağlı ittihamlara cavab verib
"Xalq artisti Mədinə Əliyevanın haqqımda dedikləri tamamilə yanlışdır. Mədinə Əliyeva işdən özü gedib, səbəbini bilmirəm”.

BunuAPA-ya açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynova deyib.

O bildirib ki, M. Əliyevanın teatrla bağlı səsləndirdiyiittihamlar doğru deyil: "Hazırda Opera və Balet Teatrında yaradıcılıq işləri qaydasındadır, iş yüksək səviyyədə gedir. Artistlər yaradıcılıq işlərini davam etdirir, tamaşalar hazırlanır. Deyəsən, Mədinə Əliyevanın işdən ayrılmasının səbəbi ayrıdır, amma bu mənə məlum deyil. Əgər mən onun xoşuna gəlmirəmsə, bu, onun problemidir. Teatrdan kimsə işdən gedir, kimsə onların yerinə qəbul olunur. Bu, normal yaradıcı prosesdir. Məsələn, yaşayış yerini dəyişməklə əlaqədar işdən çıxan da var, pensiyaya çıxan da var. Mən bir ildən çoxdur bədii rəhbər vəzifəsində çalışıram. O niyə indi getmək qərarına gəlib, bilmirəm. Bəlkə özü işləmək istəmir? Ona görə deyir ki, mənə iş vermirlər. Mən ona iş verirdim, amma niyə görə belə edib, anlamıram”.

Qeyd edək ki, xalq artisti, baletmeyster Mədinə ƏliyevaAPA-ya açıqlamasında Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynovaya qarşı müxtəlif ittihamlar səsləndirib. O bildirib ki, K. Hüseynova bədii rəhbər təyin olunandan sonra15 nəfər işdən gedib.
banner

Oxşar Xəbərlər