OPEK prezidenti neftin hasilatına dair razılaşmanı tarixi hadisə adlandırıb
OPEK-ə üzv və qeyri-üzv ölkələr arasında neftin hasilatına dair razılaşmanın əldə olunması tarixi hadisədir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə OPEK prezidenti Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sada deyib.
Qeyd edək ki, OPEK-ə üzv olmayan ölkələr ötən gün gündəlik neft hasilatını 558 min barel azaldılmasına dair razılığa gəliblər.