• çərşənbə, 24 Aprel, 03:26
  • Baku Bakı 14°C

OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb

30.11.17 20:44 3505
OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb
OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələrin neft və energetika nazirləri arasında neft hasilatının həcminin azaldılmasına dair sövdələşmənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılıq əldə olunub. Qərar nazirlərin bu gün Vyanada keçirilən toplantısında qəbul olunub.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Omanın neft naziri Məhəmməd bin Həməd ər Rümhi bildirib. Onun sözlərinə görə, razılaşmanın müddətini 2018-ci ilin martından sonra daha 9 ay uzadılacaq.

Nazir neft hasilatının azaldılmasına dair öhdəliklərdən azad edilmiş Liviya və Nigeriya üçün kvotaların tətbiq edilib-edilmədiyinə dair açıqlama verməyib.
banner

Oxşar Xəbərlər