AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"OPEK-in müdaxiləsi olmadan neftin qiymətləri tənzimlənəcək"

İqtisadiyyat
28 Noyabr 2016, 11:13 542
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEK-ə daxil olmayan ölkələri neft hasilatını azaldmaqa çağırdı. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, 2017-ci ildə Səudiyyə Ərəbistanın neftinə tələbat artacaq.

"Biz hesab edirik ki, balans bərpa ediləcək, və gözləyirik ki, 2017-ci ildə tələbat artacaq. OPEK-in müdaxiləsi olmadan neftin qiymətləri tənzimlənəcək ", - deyə əl-Falih bildirib.