• şənbə, 27 Aprel, 01:12
  • Baku Bakı 14°C

OPEC hasilatı rekord səviyyəyə çatdırıb

10.11.16 16:00 970
OPEC hasilatı rekord səviyyəyə çatdırıb
Dünya üzrə neft ehtiyatı sentyabrla müqayisədə oktyabrda sutkalıq 800 min barrel artaraq 97 mln. 800 min barrel təşkil edib.

"APA-Economics” Beynəlxalq Enerji Agentliyinin "Aylıq Neft Bazarı Hesabatı”na istinadən xəbər verir ki, OPEC-in xam neft hasilatı isə oktyabrda sutkalıq 230 min barrel artaraq rekord həddə - 33 mln. 830 min barrelə çatıb.

Artıma səbəb isə Nigeriya və Liviyanın hasilatı bərpa etməsi, o cümlədənİraqın hasilat üzrə tarixi maksimuma nail olması göstərilir.

Artıq 5-ci aydır ki, OPEC-in neft hasilatı Səudiyyə Ərəbistanı vəİraqın hesabına artır. Belə ki, adı çəkilən ölkələr müvafiq olaraq sutkalıq 10 mln. 550 min barrel və 4 mln. 590 min barrel neft hasil ediblər.
banner

Oxşar Xəbərlər