• cümə axşamı, 18 aprel, 12:07
  • Baku Bakı 22°C

Onun qiyməti 700 milyon olacaq

11.08.17 15:30 1579
Onun qiyməti 700 milyon olacaq
"Real” yaxın günlərdə İsko ilə yeni müqavilə bağlayacaq.
Kaspi.az xəbər verir ki, tərəflər yeni müqavilənin bütün şərtlərini razılaşdırıblar. İspaniya Superkuboku uğrunda oyundan sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
25 yaşlı futbolçu müqaviləni 5 illiyə uzadacaq. Onu almaq istəyən klub isə 700 milyon avro ödəməli olacaq.
Məlumata görə, "Real” bütün futbolçuları üçün kompensasiyanın məbləğini müəyyənləşdirib. Bundan sonra əsas komandanın futbolçularının hər birinin minimum qiyməti 500, ikinci komanda "Kastilya”nın oyunçularının qiyməti isə 300 milyon müəyyənləşdirilib.
İskoa "Real”a 2013-cü ildə "Malaqa”dan 30 milyon avroya keçib.
banner

Oxşar Xəbərlər