Onun komandasında Ronaldoya yer olmadı
"Mançester
Yunayted”in sabiq futbolçusu Rayan Giqqz simvolik komanda formalaşdırıb.
Kaspi.az
xəbər verir ki, Giqqz karyerası ərzində onunla birlikdə MY-də çıxış etmiş
futbolçuları simvolik komandaya daxil edib. Maraqlıdır ki, uelslinin
komandasında Kriştiano Ronaldoya yer olmayıb.
O, oynadığı
müddətdə ən yaxşı 3 futbolçunun da kim olduğunu müəyyənləşdirib – Pol Skoulz,
Qari Nevill, Roy Kin. Onun simvolik komandasında bu futbolçular yer alıb:
Qapıçı: Peter
Şmeyxel, müdafiəçilər: Qari Nevill, Rio Ferdinand, Mikael Silvester, Denis
İrvin, yarımmüdafiəçilər: Devid Bekhem, Roy Kin, Nikki Batt, Pol Skoulz,
hücumçular: Ueyn Runi, Ule-Qunnar Sulşer.