• cümə, 19 Aprel, 06:39
  • Baku Bakı 13°C

Onu ÇL-in finalından sonra ağlamağa kim qoymayıb?

03.10.17 12:25 1216
Onu  ÇL-in finalından sonra ağlamağa kim qoymayıb?
"Mançester Yunayted”in sabiq futbolçusu və kapitanı Rio Ferdinand 2008-ci ildə Moskvada keçirilən ÇL-in finalından sonra baş verənlər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ferdinand ağlamaq istədiyini, ancaq Vidiçin sözlərindən sonra toparlandığını deyib. O, qarşılaşmadan sonra ser Bobbi Çarltonun da onunla söhbət etdiyini vurğulayıb:
"Final fitindən sonra ser Bobbi Çarlton meydana endi və mənə klubun tarixi, kapitanı kimi mükafatı almağın məsuliyyəti barədə danışdı. O, xeyli xoş sözlər dedi. Bu zaman tribunada olan ailəmə gözüm sataşdı.
Bu, mənə təsir etdi. Ürəyim şiddətlə döyünməyə başladı. Doluxsundum. Mənimlə yanaşı Nemanya Vidiç dayanmışdı. O, durumumu görüb, "Rio, burda yox” dedi. Mən də cavabında "hə, Vidiç, bağışla” dedim və tribunaya tərəf addımladıq”.
"Mançester Yunayted” 2008-ci ildə ÇL-in finalında dramatik oyundan sonra "Çelsi”yə qalib gəlmişdi.
banner

Oxşar Xəbərlər