• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Onu itirəcəkləri ilə barışıblar, strategiya hazırlayırlar

06.04.20 15:15 565
Onu itirəcəkləri ilə barışıblar, strategiya hazırlayırlar
Braziliyalı futbolçu Neymar PSJ-yə təzyiq etməkdə davam edir.
Kaspi.az xəbər verir ki, Neymar sabiq klubu "Barselona”ya qayıtmaqda israrlıdır. Məlumata görə, Paris klubu Neymarı itirəcəyi ilə barışıb.
Neymar hələ ötən yay "Barsa”ya qayıda bilərdi. Amma həmin vaxt transfer baş tutmadı. Neymarın İspaniyaya qayıtmaqda israrlı olduğunu görən PSJ rəhbərliyi strategiyanı dəyişib.
Onlar yaxşı anlayırlar ki, PSJ-də oynamaq istəməyn futbolçunun qiyməti aşağı düşür. Ona görə də klub rəhbərliyi "Barsa” ilə danışıqlar stolu arxasında oturaraq braziliyalını vaxtında satmaqla sanballı vəsait əldə etməyi planlaşdırır.
PSJ ÇL-in 1/4 finalına vəsiqə qazanıb. Neymar 2013-2017-ci illərdə "Barsa”da çıxış edib.
banner

Oxşar Xəbərlər