• cümə, 19 Aprel, 19:09
  • Baku Bakı 24°C

Onu almaqdan imtina etdilər

29.03.20 12:25 589
Onu almaqdan imtina etdilər
Çilili futbolçu Arturo Vidal daha "İnter”in transfer siyahısına daxil deyil.

Kaspi.az xəbərt verir ki, "İnter” "Barselona”nın yarımmüdafiəçisini almaqdan vaz keçib. Vidalın trasnferini Milan nəhənginin baş məşqçisi Antonio Konte tələb edirdi.

Konte hətta Vidalla bu barədə qış transferi zamanı müzakirə də aparmışdı. Amma həmin vaxt onun keçidi alınmamışdı.

İndi isə "İnter”in Vidalın transferindən, ümumiyyətlə, imtina etdiyi bildirilir. Məsələ ilə bağlı başqa heç bir şərh verilmir.

Vidal cari mövsümdə "Barsa”nın heyətində 22 oyun keçirib və 6 qol vurub.
banner

Oxşar Xəbərlər