• cümə axşamı, 28 mart, 15:19
  • Baku Bakı 16°C

Onu 105 milyona da satmayıb, çünki...

18.10.19 15:45 1240
Onu 105 milyona da satmayıb, çünki...
"Napoli”nin prezidenti Aurelio De Laurentis Kalidu Kulibali ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Laurentis Kulibalini 105 milyona satmadığını bildirib. Ancaq etiraf edib ki, onun satmaq məcburiyyətində qalacaq:
"Kulibali mənim çox xoşuma gəlir. Elə ona görə də, onu 105 milyon avroya satmadım. Ancaq onu da bilirəm ki, vaxt gələcək, onu satmaq məcburiyyətində qalacağam”.
Yayda Kulibali ilə "Mançester Yunayted” ciddi maraqlanırdı. "Mançester Siti” və PSJ isə seneqallı futbolçuya illik 15 milyon avro məvacib vəd etmişdi.
Onun "Napoli” ilə qüvvədə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər