Onların qarşısında şlyapamı çıxarıram - “Neftçi”nin sabiq baş məşqçisi
"Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela hesab edir ki, hər
bir mütəxəssis işlədiyi ölkənin dilini öyrənməyə borcludu.
Kaspi.az xəbər verir ki, Petrjela yerli futbolçularla ünsiyyətin
vacib olduğunu deyib. Vaxtilə Rusiyanın "Zenit” klubunu da çalışdıran Vlastimil
bu ölkədə işləyən italyan mütəxəssislərin rus dilini öyrənməməyini qabardıb:
"İtalyan mütəxəssislər işləmək üçün getdikləri ölkələrdə dili
öyrənmək istəmirlər. Spalletti "Zenit”də işləyərkən heç "xudahafiz” də deyə
bilmirdi. Rus dilini öyrənmək istəmirdi, elə ona görə də yəqin ki, rus
futbolçularla ünsiyyət də qurmurdu.
Elə Rusiya yığmasında işləmiş Kapello da futbolçularla tərcüməçi
vasitəsilə danışırdı. Bütün ölkələrdə, futbolçularla doğma dillərində danışmaq
onlara xoş gəlir. Xaricdə uğur qazanan bütün mütəxəssislərin qarşısında
şlyapamı çıxarıram”.