• cümə, 19 Aprel, 09:30
  • Baku Bakı 13°C

“Onların istədiklərini qəbul edə bilmərik” - PA rəsmisi

17.01.15 12:02 1133
“Onların istədiklərini qəbul edə bilmərik” - PA rəsmisi
Novruz Məmmədov: “Əməkdaşlıq üçün qapılarımız açıqdır, lakin böyük dövlətlər bəzən “mən nə dedim, o olmalıdır” yanaşmasından çıxış edirlər”
“Biz 23 ildir müstəqilik, öz kursumuzu seçmişik və bunu davam etdiririk. Hər bir dövlət yalnız öz maraqlarının ortaya qoyub, onun həyata keçməsini tələb edəcəksə, dünya bugünkü kimi gərginliklərlə üzləşəcək”.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib.
N. Məmmədov bildirib ki, bu gün dünyada baş verən proseslər böyük dövlətlərdən asılıdır: “Böyük dövlətlər sabitlik və inkişaf istəyirsə, “nə istəyirəm, onu edirəm” prinsipindən əl çəkməlidirlər. Azərbaycan müstəqillik illəri ərzində bütün vektorlarla səmərəli əməkdaşlıq edib. Bu vektorlardan biri də ABŞ və Avropadır. Azərbaycan postsovet məkanındakı dövlətlərin heç birindən siyasi islahatlar baxımından geri qalmır, hətta qabaqdadır. Azərbaycan terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişafı istiqamətində addımlar atıb. Biz başqa dövlətlərin maraqlarına hörmətlə yanaşırıq, onlardan da bizə münasibətdə bunu tələb edirik. Bu münasibətlər qarşılıqlı hörmət əsasında qurulmazsa, fərqli olar. Müəyyən dövlətlərdə hansısa dairələrin istədiklərini qəbul edə bilmərik. Əməkdaşlıq üçün qapılarımız açıqdır. Lakin böyük dövlətlərdə bəzən “mən nə dedim, o olmalıdır” yanaşması mövcud olur”.
N. Məmmədov qeyd edib ki, bu günə qədər böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı normal mövqe ortaya qoymayıblar: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq deməklə kifayətlənirlər. Ancaq müəyyən məqamlarda ərazi bütövlüyünü tanımaqdan da imtina etməyə hazır olurlar. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə 17 tur ərzində biz 110 səs, digər namizəd dövlət 70 səs yığırdı. O vaxtlar Azərbaycana hətta təklif olunurdu ki, bəlkə namizədliyinizi geri götürəsiniz. Bir dəfə də təklif olundu ki, bir il biriniz, növbəti il digəriniz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olun”.
N. Məmmədov 25 il ərzində həmişə böyük güclərin Ermənistanı dəstəklədiyini söyləyib: “Dağlıq Qarabağ ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bunun haqqında beynəlxalq QHT-lər, ABŞ-dakı qurumlar söz demir. Ancaq Azərbaycanda bir insanın hüquqlarının pozulduğunu iddia edib, axşama kimi bundan danışırlar”.
Paris olayını xatırladan N. Məmmədov qeyd edib ki, Qərbdə istədikləri şeyi günlər və həftələr ərzində insanların beyninə yeritmək istəyirlər: “Terrorçunun dini, milliyyəti olmur. Pakistanda bir müddət əvvəl terror hadisəsi oldu, bir balaca başsağlığı verməklə kifayətləndilər”.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin yazdıqlarına toxunan N. Məmmədov bildirib ki, bu, mənasızdır: “Səfir olanda mövqeyini ortaya qoyaydın. Qərbdə bəziləri elə bil ki, sabah, o biri gün nə olacağını düşünmürlər. İki 35-40 yaşlı kişinin evləndiyini günlərlə göstərirlər, ancaq dünya ölkələrində elə hallar baş verir ki, ona diqqət ayırmırlar. Qərbi bu günə qaldıran Jan Jak Russo, Didro kimi insanlar olub, bu gün Avropada belə insanlar yoxdur. Bizim mənliyimiz qürurumuz, öz yolumuz var. Kim bunu qiymətləndirirsə, buna hörmətlə yanaşırıq, qiymətləndirmirlərsə də, münasibət fərqli olur. Təəssüf ki, ABŞ-da da, Avropada da belə dairələr var. Hansısa senator, konqresmen bir erməni bir söz deyəndə bəyanat verir. Gərək bu məsələdə məsuliyyət olsun”.
banner

Oxşar Xəbərlər