• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

Onların arasında “müharibə” başlayıb

27.11.19 12:23 506
Onların arasında “müharibə” başlayıb
PSJ-nin futbolçusu Neymarla komandanın baş məşqçisi Tomas Tuxelin münasibətləri qaydasında deyil.
Kaspi.az xəbər verir ki, bu barədə braziliyalı jurnalist İzabeli Palyari yazıb. O bildirib ki, PSJ artıq Neymarsız oyun modelinə üstünlük verir:
"Nerymar Tuxelə qəzəblidir. O, tam sağlamdır və oynamaq istəyir. Ancaq Tuxel onu ehtiyatda saxlayır. Artıq PSJ-də Neymarsız necə oynamağı bilirlər.
Bir müddət əvvəl Tyaqo Silva bizə demişdi ki, komandada Neymarsız oyun modelini mənimsəyirlər.
Əvvəllər Tuxel braziliyalını müdafiə edirdi. Deyirdi ki, Di Mariya və Drkasler onun etdiklərini bacarmazlar.
Ancaq deyəsən, artıq Tuxel onu müdafiə etməkdən yorulub. Bu iki şəxsin arasında "müharibə” başlayıb”.
banner

Oxşar Xəbərlər