AZE | RUS | ENG |


Onları əzizləyərək dərs keçirlər

Onları əzizləyərək dərs keçirlər
Bu tədris ilindən başlayaraq 7 saylı tam orta məktəbdə məktəbəqədər qruplar fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qrupunun müəllimi Natəvan Əlizadə  ilk dəfə start götürən qrupların fəaliyyəti haqqında danışaraq həmin qrupların ödənişsiz fəaliyyət göstərməsini xüsusi vurğulayır: "Bir neçə məktəbdə, o cümlədən bizim məktəbdə uşaqlar üçün məktəbəhazırlıq qrupları fəaliyyətə başladı. Uşaqlarla işləmək o qədər asan deyil. Bizim işin də öz nüansları var. Mən özümü onlarla münasibətdə pedaqoq kimi hiss edirəm. Uşaqlar özlərini sinif otağında yaxşı hiss edirlər. İlk iki gün onlarla adaptasiya günü oldu.
 
 
 
"Bu stolu və ya divarı yazmaq olmaz” deyərək, onları başa salırdıq”. Məktəbdə təhsil üçün bütün şəraitin yaradıldığını deyən müəllimə, uşaqların sevinclə dərsə gəldiklərini bildirir: "Uşaqlar özləri ilə yemək gətirirlər və onlara bunun üçün 15 dəqiqə vaxt verilir. Yeməkdən sonra yeni güclə dərslərinə davam edirlər. Onlarla münasibət sanki uşaq bağçasındakı kimidir. Çünki onları birdən-birə o aləmdən qoparmaq olmaz. Bu uşaqların cəmi 5 yaşı var. Bir növ onları əzizləyərək dərs keçirik. Çünki onların psixologiyası hələ məktəb həyatına alışmayıb. Mən onların gözlərinə baxanda dərsə gəlmələrinə çox razı olduqlarını görürəm. Valideynləri də çox razıdırlar”. Məktəbəqədər qruplarda uşaqlara nitqin inkişafı, təsviri incəsənət, məntiqi düşüncənin inkişafı və fiziki tərbiyə fənləri keçirilir.  
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7071
GBP 1 İngilis funt sterlinqi 2.2356
TRY 1 Türk lirəsi 0.4823
KWD 1 Küveyt dinarı 5.6352
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 1.9984
CHF 1 İsveçrə frankı 1.7899
USD 1 ABŞ dolları 1.7010