• cümə, 29 Mart, 14:14
  • Baku Bakı 14°C

Onlardan biri bu gün başqan olacaq

27.09.14 11:53 1016
Onlardan biri bu gün başqan olacaq
Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının VIII qurultayı başlayıb.
APA-nın məlumatına görə, qurultayın gündəliyinə partiya başqanlığı, Mərkəzi Nəzarət və Təftiş Komissiyası (MNTK) və sərbəst Məclis üzvlüyünə seçkilərin keçirilməsi, Nizamnaməyə və partiyanın Proqramına dəyişiklik edilməsi daxildir.
Müsavat başqanı İsa Qəmbər çıxış edərək bildirib ki, qurultaya 587 nümayəndə seçilib və onların 420-dən çoxu artıq zalda qeydiyyatdan keçib. Bununla da partiyanın VIII qurultayı öz işinə başlayıb.
Qeyd edək ki, Müsavat başqanlığına 4 nəfərin, MNTK-ya 30 nəfərin, sərbəst Məclis üzvlüyünə 143 namizədliyi qeydə alınıb.
Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizəddir.
banner

Oxşar Xəbərlər