• cümə, 19 Aprel, 15:47
  • Baku Bakı 25°C

Onlar yanvarda gedə bilərlər

16.11.17 12:10 1665
Onlar yanvarda gedə bilərlər
"Arsenal”ın liderləri Məsut Özillə Aleksis Sançesin klubda qalıb-qalmayacağı dəqiqləşməyib.
Kaspi.az xəbər verir ki, hər iki futbolçunun qışda "Arsenal”ı tərk etmə ehtimalı var. Bu barədə məlumatı "Arsenal”ın baş məşqçisi Arsen Venger verib. O, qışa qədər əldə ediləcək nəticələrdən sonra qərar veriləcəyini də vurğulayıb:
"Özillə Sançesin gələcəyi? Hələlik heç nə dəqiqləşməyib. Onların klubu qışda tərk edəcəyi variantı istisna deyil. Bu, bizim qazanacağımız nəticələrdən asılı olacaq. Hər şeyə dekabrın sonunda aydınlıq gələcək”.
Sançesin də, Özilin də "Arsenal”la qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər