• cümə, 19 Aprel, 10:03
  • Baku Bakı 13°C

Onlar tezliklə imzalayacaqlar - O, dünya ikonasıdır

25.04.17 14:00 983
Onlar tezliklə imzalayacaqlar - O, dünya ikonasıdır
"Barselona” Leonel Messi və Andres İnyesta ilə yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "Barsa””nın texniki direktoru Robert Fernandes verib. O, danışıqların uğurla getdiyini bildirib. Fernandes yaxın zamanlarda bu futbolçularla yeni müqavilə bağlanacağını vurğulayıb:
"İnyesta ilə Messi tezliklə yeni müqaviləni imzalayacaqlar. İnyesta bildirib ki, mövsümün sonuna qədər gözləyəcək. O, dünya ikonasıdır. Ona görə də onun qərarı ilə razılaşmalıyıq.
İnyesta ciddi və böyük hörmətə layiq insandır. Əgər o, mövsümün sonunda danışıqlar aparmaq istəyirsə, belə də olacaq. Messi ilə müqavilənin də nə vaxt imzalanacağına klub qərar verəcək. Proses irəliləyir, ancaq danışıqlar da vaxt aparır”.
banner

Oxşar Xəbərlər