• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

Ona qarşı sərt oynayan kimi ağlayır

10.12.19 13:30 537
Ona qarşı sərt oynayan kimi ağlayır
"Monpelye”nin baş məşqçisi Mişel der Zakaryan PSJ-nin futbolçusu Neymara cavab verib.
Kaspi.az xəbər verir ki, Neymar "Monpelye” ilə qarşılaşmadan sonra narazılığını bildirmişdi. Braziliyalı futbolçu özünə qarşı sərt oyundan gileylənmişdi. Mişel Neymarı süni ajiotaj yaratmaqda ittiham edib:
"Neymarın oyun stili rəqibi qıcıqlandırır. Ona qarşı sərt oynayan kimi, Neymar ağlayır.
Onun hərəkətlərində rəqibə hörmətsizlik hiss olunur. Belə oynamaq olmaz. O, özünü çox yuxarıdan aparır.
Neymara məsləhət görərdim ki, rəqiblərə hörmətlə yanaşsın. O, hamıya yuxarıdan aşağı baxır və insanları qıcıqlandırır”.
banner

Oxşar Xəbərlər