Ona müəyyən həddə qədər kömək edə bilər
"Breşia”nın baş
məşqçisi Fabio Qrosso "Rom” ilə oyun ərəfəsində Mario Balotellini heyətdən kənarlaşdırıb.
Kaspi.axz xəbər
verir ki, məşqçi Balotellinin məşqdə fəallıq göstərməməsindən narazı qalıb. O,
qərarını belə şərh edib:
"Mario ilə bağlı
qərarımı şişirtmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, məşqdə hər kəsdən
maksimum intensivlik tələb edirəm.
Heş şübhəsiz,
Balotellinin böyük istedadı var. Ancaq mən ona müəyyən həddə qədər kömək edə
bilərəm”.
Mario A
seriyasında keçirdiyi 7 oyunda 2 qol vurub.