• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

Ona irad bildirib, yaxşı da cavab alıb

10.04.17 12:35 732
Ona irad bildirib, yaxşı da cavab alıb
İspaniya çempionatının 31-ci turunda keçirilən "Malaqa” - "Barselona” qarşılaşmasında (2:0) maraqlı olay yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın fasiləsində Luis Suares "Barselona”nın qapısına qol vuran və bunu çılğınlıqla qeyd edən Sandro Ramiresə yaxınlaşaraq, onun qulağına nəsə deyib. Ramires "Barselona”da çıxış edib. İspaniya mətbuatı onların dialoqunu müəyyənləşdirə bilib.
Suares Ramiresə "sənə çörək verən klubu unutma” deyib. Sandro isə cavabında "indi də mənə çörəyi "Malaqa” verir deyib.
Ramires "Barselona” məktəbinin yetirməsidir. O, bu komandanın əsas heyətində 2014-cü ildə debüt edib. "Barsa”nın heyətində 32 rəsmi oyunda 7 qol vurub. Sandro "Malaqa”ya 2016-cı ilin yayında azad agent kimi keçib.
banner

Oxşar Xəbərlər