• cümə axşamı, 18 aprel, 04:31
  • Baku Bakı 15°C

Ona 80 milyonluq yeni müqavilə təklif olunacaq

18.12.17 15:20 2651
Ona 80 milyonluq yeni müqavilə təklif olunacaq
"Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiolanın işindən razıdır.
Kaspi.az xəbər verir ki, rəhbərlik yayda Pepə yeni müqavilə təklif etməyi planlaşdırır. Yeni müqavilənin çoxillik olması nəzərdə tutulub.
"Siti” rəhbərliyi Qvardiolaya 4 illik yeni müqavilə üçün 80 milyon funt sterlinq ödəməyə hazırdır. Rəsmilər Pepin uzun illər komandaya rəhbərlik etməsini və öz sistemini qurmasını təklif edəcəklər.
Onlar Aleks Ferqyuson nümunəsini yaratmaq istəyirlər. Qvardiola "Siti”yə 2016-cı ildən rəhbərlik edir. Onun müqaviləsi 2019-cu ilə qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər