• cümə, 19 Aprel, 15:37
  • Baku Bakı 25°C

On bir ayda “Azərsu” 1200 kilometrədək içməli su xətti çəkib

30.12.19 17:52 696
On bir ayda “Azərsu” 1200 kilometrədək içməli su xətti çəkib
"Azərsu” ASC tərəfindən yanvar-noyabr aylarında 1200 kilometrədək içməli su, 500 kilometrə yaxın isə kanalizasiya xətti çəkilib.
Bu barədəAZƏRTAC-a müsahibəsində "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, 11 ayda Abşeron yarımdası üzrə 370 kilometrdən çox su xətti çəkilib. Bu il Bakı şəhəri və ətraf qəsəbələrdə 200-dən çox ünvanda su və kanalizasiya layihələri icra edilib. Badamdar qəsəbəsində işlərə başlanılıb. Xırdalan şəhərində isə işlər yekunlaşıb.
A.Cəbrayıllı qeyd edib ki, Abşeronda 5 ünvanda - Biləcəri, Mehdiabad, Zabrat, Ramanı və Bahar qəsəbələrində yağış suları ilə bağlı layihələr icra olunur, 20 kilometr su xətti çəkilib, 4 nasos stansiyası tikilib, 1 nasos stansiyası isə yenidən qurulub.
banner

Oxşar Xəbərlər