• cümə, 19 Aprel, 17:30
  • Baku Bakı 25°C

“Oğluma görə üzr istəyirəm”

16.10.13 12:51 1287
“Oğluma görə üzr istəyirəm”
Rusiyada həbs olunan Orxan Zeynalovun valideynləri bütün Rusiyadan, o cümlədən Yeqor Şerbakovun qohumlarından üzr istəyiblər.
“Qafqazinfo” xəbər verir ki, Orxanın atası Zahid Zeynalov Rusiyanın “NTV” kanalına müsahibəsində oğlunun etdiklərinə görə üzr istəyib və baş verənlərdən təəssüfləndiyini deyib.
Zahid Zeynalovun sözlərinə görə, oğlu Orxan Rusiyaya qardaşı və iki bacısına kömək etmək üçün gedib. Oğlunun 3 il əvvəl Moskvaya gəldiyini və ticarətlə məşğul olduğunu deyən atası vətənində belə bir imkanı olmadığını bildirib.
banner

Oxşar Xəbərlər