Oğlu ilə söhbət edərkən kimlərdən danışırlar?
Lionel Messinin
böyük oğlu Tyaqo futbola böyük maraq göstərir.
Kaspi.az xəbər
verir ki, Messi oğlu ilə daim futbol, futbolçularla bağlı söhbət etdiklərini
deyib. O, əsasən hansı futbolçular barədə danışdıqlarını da açıqlayıb:
"Tyaqonun bir
neçə sevimli futbolçusu var. O, futbolu çox sevir. Tyaqo mütəmadi olaraq yaxın
dostum Suares haqda soruşur. Qrizman barədə də suallar verir.
Tez-tez Vidal,
onun saç düzümü haqda söhbət edirik. Bundan əlavə, Mbappe, Ronaldo və Neymar
barədə də söhbətlərimiz olur. Tyaqo hər şeylə maraqlanır”.