AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Oliqarxların təşkilatı fəaliyyətini dayandırdı

Oliqarxların təşkilatı fəaliyyətini dayandırdı

Siyasət
20 Oktyabr 2012, 10:34 1604
“Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini müvəqqəti olaraq dayandırıb”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə yeni yaradılan qurumun Koordinasiya Şurasının üzvü, Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti - “Azərros”un prezidenti Söyün Sadıxov bildirib.

Onun sözlərinə görə, yeni yaradılan qurumun fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb qurumla bağlı Azərbaycan mətbuatında müəyyən informasiyaların yayılmasıdır:

“Qurumun təsisçiləri olaraq belə qərara gəldik ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevlə görüşünədək müvəqqəti dayandırsın”.