• şənbə, 20 Aprel, 08:22
  • Baku Bakı 14°C

Olimpiya İdman Komplekslərində məşqlərə icazə verildi

31.05.20 20:00 809
Olimpiya İdman Komplekslərində məşqlərə icazə verildi
Azərbaycanda qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərə icazə verilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir:
"Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydaça və qurğuları əhalinin istifadəsinə verilir. Federasiyalar tərəfindən Gənclər və İdman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilsin.İdmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq".
banner

Oxşar Xəbərlər