• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

Olimpiya Festivalında 18, "Jara" festivalında 7 nəfər tibbi yardım aldı

22.07.19 10:38 15518
Olimpiya Festivalında 18, "Jara" festivalında 7 nəfər tibbi yardım aldı
İyulun 19 dan 22-ə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cağırışlardan 4-ü "Atletlər" kəndinə, 4-ü qonaqların yerləşdiyi hotellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü "Kristal Holl"a, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə aid olub.
Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1-ü 3 saylı Şəhər Klinik Xəstəxanasınə çatdırılıb. Qalan şəxslərə yerində yardım göstərilib.
Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
"Jara" festivalında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına 7 müraciət olub. Müraciət edənlərə yerində yardım edilib.
banner

Oxşar Xəbərlər