“Oğlanı mənə görə məktəbdən çıxardılar” – Məktəb illəri
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə,
o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur.Rejissor,
aktrisa İlhamə Əhmədovanın da o illərdən xatirəsi çoxdur və onlardan
birini bizimlə bölüşdü:
"Çox
nadinc şagird olmuşam. Nadincliyimlə bağlı bir xatirəni danışmaq istəyirəm. Qar
yağmışdı, biz də sinif yoldaşlarımızla məktəbin həyətində qartopu oynayırdıq.
Bir oğlan var idi, ondan heç xoşum gəlmirdi. Deməli, daş götürdüm, üstünə qar
yapışdırdım. Qartopu oynayanda ona həmin daşlı qarı atdım. O da başından dəydi.
Daş başını pis günə qoymuşdu. O oğlan xəstəxanada
xeyli yatdı. Xalam iki ay məni ona görə döydü. Şikayət etdilər, valideynləri məni hədələyirdi.
Birtəhər vəziyyətdən çıxdıq. Sonra oğlanı mənə görə məktəbdən çıxardılar. Məktəbi
qurtarandan bir neçə il sonra təsadüfən qarşılaşdıq, yanından düz keçdim.
Tanışlıq vermədim ki, birdən tanısa, məni vurar. Təbii ki vurmazdı, amma yenə də
uzaq getdim (gülür)”.
Aygün