• şənbə, 20 Aprel, 20:04
  • Baku Bakı 24°C

Oktyabrın 18-də Azərbaycanda “InnoWeek - İnnovasiyalar həftəsi” başlayacaq

14.10.19 15:30 539
Oktyabrın 18-də Azərbaycanda “InnoWeek - İnnovasiyalar həftəsi” başlayacaq
Oktyabrın 18-dən 24-dək Azərbaycanda ikinci dəfə "InnoWeek - İnnovasiyalar həftəsi" keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə oktyabrın 14-də Bakıda keçirilən mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov deyib.
O bildirib ki, "InnoWeek” çərçivəsində oktyabrın 19-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark” layihəsi çərçivəsində "Roboday” sərgisi təşkil ediləcək. "Roboday”də robotlarla iş imkanı yaradan təlimlər keçiriləcək, robototexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər fəaliyyət göstərəcək.
"Nazirlik robototexnika sahəsinin inkişafına xüsusi önəm verir. Bu sahənin inkişafı üçün müvafiq kadr bazasının yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilir. Ötənilki "İnnovasiya həftəsi” çərçivəsində robot Sofiya Bakıya gətirilmişdi, bu il də "Roboday” iştirakçıları maraqlı robotlarla qarşılayacaqlar”, - deyə R.Əzizov əlavə edib.
banner

Oxşar Xəbərlər